• Web10.Az Master Forum AZ domain pulsuz etdi..
  • Web10.Az-da SEO Turniri Çox yaxinda..

Satış Şirkət saytları üçün ən yaxşı veb-hostinq xidməti

WEB Dizayn Studiya

Aktiv istifadəçi
Qeyd olma Tarixi
15 Aprl 2024
Mesaj
10
Web10+
8
ölkə
Azerbaijan
Şəhər
Baku
Hamıya salam! Artıq 15 ildən çoxdur ki, müştərilərimizə bu hostinq xidmətini təklif edirik: Domain Names, Web Hosting, VPS & Dedicated Servers | Hostinq1

Əbəttə ki, səbəb 1-2 deyil: limitsiz disk həcmi və kifayət qədər email akkontu açmaq imkanı heç bir Azərbaycan serverində yoxdur.
Bundan başqa, indiki durumu bilmirəm, ancaq 15 il əvvəl Instrans, Uninet-lə yaşadığımız problemlərdən sonra bir daha Azərbaycan provayderlərinə üz tutmadıq. Gah deyirlər işıqlar sönüb, gah it-menecer işə gəlməyib, sonra isə obedə gedib.. nəysə..

Bluehost-la işləməyə başladıq.. ucuz deyil, ancaq keyfiyyəti düşündük. Həddindən çox reklam vardı, bu da bir yana. 2-ci ildən qiymətləri 2 dəfə artırdılar. Davam etdik, həm də dedilər ki, bu müqavilədə bildirilmişdi. 3-cü ildən yenə artdı, vaxt tapıb hostinqi dəyişə bilmədik (şirkətlərdə belə olur, xeyirə də olsa, tez qərar verilməsi olmur). Sonrakı illərdə illərdə qiymətlərin qalxması son hədd oldu...

GoDaddy-də də oxşar vəziyyətdir, hətta domeni 1-2 dollara satırlar ki, 2-ci ildən yaxşıca qazansınlar. Bu hostinq şirkətləri nə üçün belə edirlər, başa düşmək olmur. Mən də istədim deyim, əgər dürüst və problemsiz işləyən hostinq xidməti istəyirsizsə, tək tanıdığım Hostinq1-dir. Kim yaxşı hostinq xidməti bilir, yazsın zəhmət olmasa. Biz tez-tez sifarişçilərə məsləhət verməli oluruq. Fikirləriniz üçün öncədən təşəkkürlər!
 
Qeyd olma Tarixi
8 Aprl 2024
Mesaj
40
Web10+
21
ölkə
Azerbaycan
Şəhər
Baki
2017 ci ildən ourhost.az ın xidmələrindən istfadə edirəm. Həm Domain həm hosting üçün ilk aldığın qiymət nədirsə oda qalır. artsada azalsada. Hətda mənim 2017 də aldığım paket artıq ləğv olunub, amma həmin paketi mən daim yenilədiyim üçün hesabda aktiv olaraq qalır. Minimal paket 83 manatdır (illik). İllik aldıqda com domainini hədiyyə edirlər. Digər hosting firmalarından 1 2 manat o yan buyan ola bilər. Ama 7 ildə çox nadır hallarda çətinlik yaşamışam. (Bu qədər təriflədim İnşAllah göz dəyməz :D ).
 
Nazim6677

Aktiv istifadəçi
Qeyd olma Tarixi
29 Mar 2024
Mesaj
37
Web10+
8
ölkə
Azerbaycan
Şəhər
Sumqayit
Men host satisi ile mesgulam.ilk qiymet nedir o da qalacaq.hele yenidir deye taninandan sonra qiymetleri qaldiracam.amma ilk neciye almisiniz o qalacaq.Əlbətdə əsas musterulerin rahatligidir ki yene size uz tutsun day abeddeyen filan olmamalidir
 
WEB Dizayn Studiya

Aktiv istifadəçi
Qeyd olma Tarixi
15 Aprl 2024
Mesaj
10
Web10+
8
ölkə
Azerbaijan
Şəhər
Baku
@WEB Dizayn Studiya Saytlar yox saytları, internet yox web olsa daha yaxşı olar. İnternet saytları düzgün ifadə deyil.

Ekli dosyayı görüntüle 34
Fikrinizə / diqqətinizə görə çox sağ olun! Düzü mən fərqli düşünürəm, misalçün, Azərbaycan əlifbasında heç "W" hərfi yoxdur. Veb sözünün 2 dəfə yazılmaması və əlavə sinonimin olması üçün belə yazılıb. Əslində isə sayt çox uzun müddətdir ki, yenilənmir... Çəkməçi çəkməsiz misalı..))
 
WEB Dizayn Studiya

Aktiv istifadəçi
Qeyd olma Tarixi
15 Aprl 2024
Mesaj
10
Web10+
8
ölkə
Azerbaijan
Şəhər
Baku
Men host satisi ile mesgulam.ilk qiymet nedir o da qalacaq.hele yenidir deye taninandan sonra qiymetleri qaldiracam.amma ilk neciye almisiniz o qalacaq.Əlbətdə əsas musterulerin rahatligidir ki yene size uz tutsun day abeddeyen filan olmamalidir
1, hətta 3-5 əməkdaşla odeddəyəm, ya da gecə fasiləsi necə olmaya bilər?! Dediyim şirkətdə bunu 5 qitədən bir neçə call-centerlə bunu edə bilirlər.
 
WEB Dizayn Studiya

Aktiv istifadəçi
Qeyd olma Tarixi
15 Aprl 2024
Mesaj
10
Web10+
8
ölkə
Azerbaijan
Şəhər
Baku
2017 ci ildən ourhost.az ın xidmələrindən istfadə edirəm. Həm Domain həm hosting üçün ilk aldığın qiymət nədirsə oda qalır. artsada azalsada. Hətda mənim 2017 də aldığım paket artıq ləğv olunub, amma həmin paketi mən daim yenilədiyim üçün hesabda aktiv olaraq qalır. Minimal paket 83 manatdır (illik). İllik aldıqda com domainini hədiyyə edirlər. Digər hosting firmalarından 1 2 manat o yan buyan ola bilər. Ama 7 ildə çox nadır hallarda çətinlik yaşamışam. (Bu qədər təriflədim İnşAllah göz dəyməz :D ).
göz dəyməz, qiymətləri mən verdiyim variantdan da bahadır. OurHost hər kəs eşidib yəqin ki, ancaq heç yoxlamamışam. Çünki Instrans kimi şirkətlərimiz belə etdikdən sonra başqaları ilə maraqlanmağa həvəs də qalmır.

Mən dediyim xidmət limitsiz disk həcmi, asan admin panel, gündəlik yedəkləmə nə bilim, çox xidmətlər verir, sadəcə Azərbaycan üçün qiymət baha görünür... düzdü ciddi şirkət üçün uzun hostinq lazım deyil, ancaq sadəcə 1 landing page açmaq istəyənə çox gəlir. Bir də yadıma düşmüşkən, xaricilərdən Hostinger və SiteGround yoxlamadım. Halbuki bizdə Bluehost və Hindistanın GoDaddy-sindən az tanınır.
 
Qeyd olma Tarixi
7 Aprl 2023
Mesaj
77
Web10+
16

Məndə 10 ildən artıqdır ki, iphoster.net - hostia.ru kimi firmaları işlədirəm. Neçə ildir ki, Azərbaycan və Türk firmalarından hosting almıram. Hər dəfə alanda bir problem çıxırdı.
 
Üst Alt