Çox maraqlı layihədir. Doğrudur, başqa saytlardan kopyalanan kontentlə SEO nəticə əldə etmək mümkün olmaz, ancaq bu cür sifarişlər də az olmur.
İzninizlə, 1 neçə çalışmazlıqları qeyd edim. Əlbəttə, yəqin ki, özünüz də onları dəyişməyi düşünmüsüz, ancaq bir neçə satışdan sonra. Bəlkə səbrli olub, layihəni daha da inkişaf etdirib, sonra satışa çıxarmaq doğru olardı?! Hətta ingilis dilini də düşünə bilərsiz...
- 15Aprel yox, 15 aprel. İlk hərflərin böyük yazılması maraqlı görünür və hətta Azərbaycan dilinin qrammatikasında dəyişiklik etməyi düşünsələr bəlkə yaxşı olar, ancaq indi qrammatik qaydaları qorumağınız daha professional olardı...
- İlk səhifədə şəkillərin altında sağ günc boşdur, orada baxış sayı yazılarsa, maraqlı olar...
- Xəbər səhifələrində Admin və Xəbər bölməsi qarşısında misal üçün, Paylaşan və Bölmə sözlərini yazmaq.. Ən əsası isə tıklamalı etmək yaxşı olar.
- Xəbər səhifələrindəki şəkilləri daha böyük etməlisiz.
- Xəbərin ilk hərfinin böyük yazılması ciddi görünmür,ən əsası isə "dırnaq" simvolu olarsa, qarışır...
- Kategorisi hansı dildədirsə, bilinmir. Məncə "İdman" Kateqoriyası yerinə, "İdman" bölməsi və ya "İdman" xəbərləri bölməsi daha düz olar.
- Footer üzərində işləsəz yaxşı görünər..