- Qeyd olma Tarixi
- 7 Mar 2024
- Mesaj
- 16
- Web10+
- 4
- ölkə
- Azerbaycan
- Şəhər
- Sumqayit
Diqqətli olaq:
2024 -ün ən aktual kiberdələduzluq metodu fişinqdir. Məlumunuzdur ki,kiberdələduzlar bu hücum növündən məharətlə istifadə edir və bir çox hallarda da qurbanları çox olur. Bu gün günümüzdə ən çox istifadə olunan QR kodla fişinq metodu haqqında məlumat verəcəm.
Artıq demək olarki bütün restoranlarda menular QR -la təqdim olunur.Əyləşdik restoranda QR kodu scan etdik və restoranın menyusuna bənzər saxta bir menyu və ya saxta ödəmə səhifəsi yaxud da menyunu telefonunuza “ yükləyin” seçimi gəldi.Android cihazlar üçün QR kod scan vasitəsilə “yüklənəcək” fayl böyük bir təhlükə deməkdir. Əgər o yüklənən saxta menyu içərisində zərərli proqram telefonunuza yüklənirsə o zaman ciddi zərərlə qarşı qarşıya qalmış ola bilərsiniz.Bir çox hallarda android cihazlar zərərli proqramı tanımır və həmin yüklənən proqram arxa fonda işləməyə,sizin məlumatları toplamağa başlayır. Siz nə vaxt ki,gecə yatdınız biz buna “ kriminal saat aralığı deyirik” o zaman dələduzlar telefonunuzda olan məlumatları artıq öz tərəflərinə köçürməyə başlayacaqlar.Müəyyən analizlər göstərir ki,bütün kiber cinayətlər qlobal dünyada ən çox gecə saat 2-5 arası baş verir.
Necə qorunaq:
1. QR kod scan edərkən açılan səhifənin həmin restoranın rəsmi səhifəsi olub-olmamasını araşdırın,
2. Əgər QR kod scan edərkən sizi avtomatik olaraq hər hansısa ön ödəmə səhifəsinə yönləndirirsə oraya öz şəxsi və kart məlumatlarınızı daxil etməyin,
3. QR scan edərkən cihaza menyunu yükləməyə məcbur edirsə buna icazə verməyin və restorandan kağız formasında menyu tələb edin.
“Unutmayın kiber fəzada ən zəif bənd biz insanlardır, cihazlar deyil”.